UEFA “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım etdi – FOTO

UEFA “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

“Şahrudin Məhəmmədəliyevin refleksləri” başlığı ilə Konfrans Liqasının rəsmi “Twitter” səhifəsindən edilən paylaşımda 27 yaşlı qolkiperin Qazaxıstanda “Kayrat”a qarşı qrup oyununda komandasını qoldan xilas etdiyi epizodun videosu əks olunub.

Xatırladaq ki, sözügedən matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

 

0.31253504753113