Dünyanın ən populyar yarışmasının seçimləri davam edir - VİDEO

Noyabrın 25-i "Central Asia's Got Talent" müsabiqəsinin seçimləri ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə bildirilib ki, iki gün ərzində keçirilən seçimlərdə artıq 100-dən çox iştirakçı şansını sınayıb. 

Baku TV-nin suallarına cavab verən "Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov bildirib ki, kastinqə gələn insanların böyük əksəriyyəti növbəti mərhələyə keçib:

"Bu uşaqlar Qazaxıstana yollanacaqlar. Bu ildən etibarən pulsuz səsvermə nəticəsində hər şəxs bir dəfə səs verməklə bütün ölkələr qalibi seçəcək". 

Daha ətraflı Baku TV-nin süjetində:

0.91975402832031