Mahir Emreli “Lester”lə oyunda penaltidən yararlana bilməyib

Polşa "Legiya"sının futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda qol şansını əldən verib.

24 yaşlı hücumçu 25-ci dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib.

Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:3.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır.

0.3414101600647