Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub

Bakıda mağazadan oğurluq olub.

Xeber-ps.com-ın məlumatına görə Suraxanı rayonu, Bülbülə qəsəbəsində marketlərdən birinin qapısı sındırılmaqla “E-manat” ödəmə terminalı oğurlanıb.

Terminal bir qədər aralıda sındırılıb.

İçərisində olan 3 450 manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

0.33130288124084