Bakıda dəzgah qadının iki barmağını qopardı

Bakıda qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Xeber-ps.com xəbər verir ki, hadisə Xəzər rayonu, Albalılıq massivində yerləşən “İqlim” şirkətində qeydə alınıb.

Belə ki, orada işləyən 60 yaşlı Elmira Ağayevanın əli iş zamanı dəzgahın arasında qalıb.

Xəstəxanaya yerləşdirilmiş qadının iki barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır. 

0.39007711410522