Oğuzda maşın ağaca çırpıldı: Sürücü öldü - FOTO

Oğuzda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün Oğuz-Xaçmaz avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan VAZ-2199 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

0.33456897735596