Portuqaliyada qəribə hadisə: Meydana 9 futbolçu ilə çıxan komanda 6 nəfər qalınca oyun dayandırıldı - FOTO

Futbol üzrə Portuqaliya Liqasının XII turu qəribə hadisə ilə əlamətdar olub.

Autsayderlərdən olan “Belenenseş” öz meydanında “Benfika”nı qəbul edib.

Lakin koronavirusa kütləvi yoluxma səbəbindən meydan sahibləri matça cəmi 9 futbolçu ilə çıxa biliblər. Maraqlıdır ki, 9 futbolçudan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu kimi çıxış edib.

Artıq 1-ci dəqiqədə avtoqolun qeydə alındığı görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fasilədən sonra “Belenenseş” meydana 7 nəfərlə qayıdıb. Bununla belə, 46-cı dəqiqədə Monteyro yerə uzanaraq, zədələndiyini bildirib. “Belenenseş”in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.

0.41164588928223