SOCAR rəsmisindən “Avro-5” yanacağı ilə bağlı AÇIQLAMA

“2023-cü il ərzində daha keyfiyyətli Ai-92 benzin istehsalı və nəhayət “Avro-5” standartına cavan verən Ai-92 və Ai-95 benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur”. 

Xeber-ps.com xəbər verir ki, bunu  SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, 2022-ci ilin ortasında zavodda istehsal olunan dizel “Avro-5” standartlarına cavab verəcək.  

“Amma istehsalatda olan dizellərin bu standarta uyğunlaşması 4-6 ay çəkəcək”, - deyə o əlavə edib. 

Onun bildirdiyinə görə, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən reallaşacaq:

“Bu proses “Avro-5” standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər”.

Aqşin Kərimov

0.41937685012817