Qarabağdakı sənaye parklarının rezidenti olmaq üçün təqdim edilən layihələrin sayı AÇIQLANDI - FOTO

“Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına böyük maraq göstərilir”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” səhifəsində paylaşıb.

Nazir bildirib ki, bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə 10-dək layihə təqdim edilib:

“Bu layihələrin ilkin investisiya dəyəri 40 milyon manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi aparılır”.

 
0.33449196815491