Şahzadə Harri və Meqan Marklın ABŞ-a köçməsinin əsl səbəbi açıqlandı - FOTO

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2019-cu ilin dekabrında Kraliça II Elizabetin televiziyada çıxışından sonra kral ailəsinin ali səviyyəli üzvləri vəzifələrindən istefa vermək və Birləşmiş Ştatlara köçmək qərarına gəliblər.

Bu barədə noyabrın 30-da çıxan Qardaşlar və Həyat yoldaşları: Uilyam, Keyt, Harri və Meganın şəxsi həyatları” (“Brothers and Wives: Inside the Private Lives of William, Kate, Harry and Meghan”) kitabında açıqlanır.

Məllif Kristofer Anderson iddia edir ki, Harri və Meqan kraliçanın seçimindən qəzəbləniblər. Belə ki, masada mərhum Kral VI Qeorq və şahzadələr Çarlz, Uilyam və Filipin şəkilləri olub, lakin Harrinin, həyat yoldaşının və oğlunun heç bir fotoşəkili olmayıb.

Anderson şəkilləri toplayan anonim saray əməkdaşına istinadla bildirib ki, əvvəlcə stolun üstündə Harri və Meqanın fotosu olub, lakin yayımdan əvvəl Elizabetin özünün xahişi ilə o, götürülüb. Buna mümkün səbəb kimi kraliçanın Harrinin Milad bayramını onunla deyil, Meqan Marklın anası ilə qeyd etmək istəyindən narazılığı olub.

Bundan əvvəl Britaniya kral ailəsi üzrə ekspert Rassel Mayers də oxşar fərziyyəni dilə gətirmişdi. Onun fikrincə, II Elizabetin onları saymamazlığı Harrini bu hərəkətə sövq edən son damla oldu.

Saray nümayəndələri isə israr edirdilər ki, fotoşəkillər Britaniya taxtının varislik qaydasını göstərir. II Elizabet VI Qeorqun ölümündən sonra taxta oturub, o öldükdən sonra tac onun böyük oğlu Şahzadə Çarlza keçəcək. Növbəti sırada Şahzadə Uilyam və uşaqları gəlir.

Xatırladaq ki, aprelin 1-dən Şahzadə Harri və Meqan Markl Britaniya kral ailəsinin üzvləri kimi fəaliyyətlərini dayandırıblar. Birləşmiş Ştatlara köçmək, işləmək və bizneslə məşğul olmaq hüququ əldə etmək üçün onlar “Əlahəzrət Kral” müraciətindən, hökumətin maliyyələşdirməsindən və “Sussex Royal” brendindən imtina etməli idilər. Sentyabrda Harri və Meqan “Netflix” videoservisi ilə müqavilə imzalayıb, Britaniyadakı rezidensiyasının təmirinə xərclənən 2,4 milyon funt-sterlinqi (5,4 milyon manat - red.) qaytarıb və kral ailəsindən maliyyə müstəqilliyinə nail olublar.

Mənbə: Daily Mirror

0.37651109695435