Avstraliyada parlament əməkdaşlarının çoxu cinsi təcavüzə məruz qalıb

 

Avstraliya parlamenti əməkdaşlarının çoxu cinsi təcavüzə məruz qalıb.

Bu, cinsi ayrı-seçkiliklə mübarizə üzrə komissar Keyt Cenkinsin hesabatından məlum olub.

Hesabat müəllifi bildirib ki, təqiblərə məruz qalanlar daha çox qadınlar olub. Baş verənlər parlamentin işinə və bütövlükdə ölkəyə ciddi zərər verib.

Hesabata görə, qanunverici orqan işçilərinin 51 faizi zorakılıq, cinsi təcavüz və ya cinsi təcavüzə cəhdin qurbanı olub.

Mənbə: Lenta.ru