XİN rəhbərinin müavini Ermənistana çağırış edib: “Gələcəyə baxmalıyıq”

“Biz Ermənistana sülh danışıqları ilə bağlı təklif vermişik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

“Biz gələcəyə baxmalıyıq”, - nazir müavini vurğulayıb.

O, qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycanın birinci yerdə olduğunu xatırladıb.

E. Məmmədov Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı yaxşı münasibətin olduğunu da diqqətə çatdırıb.

0.45099997520447