Serotonin və dopamini sərbəst buraxmaq üçün nə etməliyik?

Stress insan orqanizmində “pis” xolesterinin səviyyəsini artıra bilər.

Bunu ingiltərəli tanınmış nutrisioloq Timoti Leqq bildirib.

Onun sözlərinə görə, stress insan orqanizmində mürəkkəb prosesləri işə salır.

“Belə ki, insan əsəbi olanda kortizol hormonu və adrenalin ifraz olunur, bu da trigliserid yağların ifraz olunmasına gətirib çıxarır. Bu yağlar orqanizm üçün əsas enerji mənbəyidir, lakin onların artıqlığı insanlar üçün təhlükəli olan “pis” xolesterinin əmələ gəlməsinə səbəb olur”, - ekspert izah edib.

O qeyd edib ki, serotonin və dopamini sərbəst buraxmaq üçün idman etmək və sağlam qidalanmaq lazımdır.

Qidalanma mütəxəssisi narahatlıq səviyyəsini azaltmaq üçün həmçinin banan, brokoli, ispanaq, avokado və tünd şokolad istehlak etməyi tövsiyə edib.

Mənbə: Daily Express

0.37322306632996