Salvadorda müdafiə nazirinin oğlunun olduğu təyyarə qəzaya uğrayıb - FOTO

Salvadorda ölkənin Hərbi-Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb, onun göyərtəsində müdafiə naziri Merino Monroyun oğlu Xerardo Martinon olub.

Bu barədə Salvador Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, göyərtəsində üç ekipaj üzvünün olduğu təyyarə bir gün əvvəl yoxa çıxan yaxtanı axtarırdı.

Hazırda ekipajın axtarışlarına təyyarələr və helikopterlər cəlb olunub.

Mənbə: İnterfaks

0.39489984512329