Sosial reabilitasiya layihəsinə 6 200 uşaq cəlb edilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinə 6 200 uşaq cəlb edilib.

Nazirlikdən bildirilib ki, layihə üzrə Bakının rayonları da daxil olmaqla 62 rayon və şəhərdə fəaliyyət göstərən sosial reabilitasiya mərkəzlərində autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar  reabilitasiya xidmətləri ilə təmin edilir. Həmçinin bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır. 

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.

0.39243102073669