Tuxel: “Həddən artıq fərdi səhvlər etdik”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel “Vest Hem”ə səfərdə 3:2 hesablı məğlubiyyətlə bağlı danışıb.

“Düşünmürəm ki, pis oyun oynadıq. Normal oyun oldu. Burada oynamaq çətindir. Həddən artıq fərdi səhvlər etdik, eyni şeylər “Uotford” və “Mançester Yunayted”lə oyunlarda da oldu. Biz bu barədə danışmışdıq. Amma görünür faydası olmayıb”, - deyə T.Tuxel bildirib.

O, həmçinin müdafiədə çətinlik çəkdiklərini qeyd edib.

Mənbə: Sports.ru