“Bayern” səfərdə “Borussiya”nı məğlub etdi - VİDEO

Almaniya Bundes Liqasının 14-cü turunda “Bayern” səfərdə Dortmund “Borussiya”sının qonağı olub.

Qarşılaşma qonaqların 2-3 hesablı qələbəsi ilə nəticələnib.

Hesabı 5-ci dəqiqədə J.Brandt açıb. Qonaqlar bu qola 9-cu dəqiqədə Robert Levandovski ilə cavab verib. İlk hissənin 44-cu dəqiqəsində K.Koman qonaqları hesabda önə çıxarıb.

İkinci hissənin əvvəlində (48-ci dəqiqə) fərqlənən Erling Holan hesabı bərabərləşdirsə də, Robert Levandovski 77-ci dəqiqə penalti zərbəsindən fərqlənməklə qonaqların qələbəsini təmin edib.

0.3826150894165