Vyanada minlərlə insan məcburi vaksinasiyaya etiraza qalxdı

Avstriyanın paytaxtı Vyana şəhərində minlərlə insan koronavirusla bağlı məhdudiyylətlər və yeni ştamma qarşı məcburi vaksinasiyaya qarşı etiraz aksiyasına çıxıb.

Aksiya keçirilən əraziyə təhlükəsizliyi qorumaq üçün 1200 polis işçisi cəlb olunub. Şəhərdə müxtəlif ərazilərdə təxminən 20-yə yaxın mitinq keçirilib. Əsas mitinq isə şəhər mərkəzində Heldenplats meydanında baş tutub.

Mənbə: RT