İranın Nətənz nüvə obyekti yaxınlığında partlayış

İranın İsfahan şəhərində yerləşən Nətənz nüvə obyekti yaxınlığında partlayış baş verib.

Partlayışın Badrud rayonu ərazisində qeydə alındığı bildirilir. Hadisə ilə bağlı İran KİV-də müxtəlif versiyalar irəli sürülüb. İranın Dövlət Televiziyası mümkün hava hücumuna qarşı HHM sistemlərinin reaksiyasının ölçülməsi üçün raket buraxılışının icra olunduğunu bildirib.

“Fars” xəbər agentliyi isə ərazidə pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini iddia edib.

Mənbə: Haber Global”