İtaliya A Seriyasının 16-cı turunda “Napoli” evində “Atalanta”ya 2:3 hesabı ilə məğlub olub.
Qarşılaşmada hesabı 7-ci dəqiqədə R.Malinovski açıb. 40-cı dəqiqədə P.Zielinski hesabı bərabərləşdirib.
İkinci hissədə D.Mertens meydan sahiblərini önə çıxarıb. 66-cı dəqiqədə isə “Atalanta”nın türkiyəli futbolçusu M.Demiral hesabı bərabərləşdirib. Oyunda son nöqtəni 71-ci dəqiqədə R.Freuler qoyub.
Beləliklə, “Napoli” turnir cədvəlində ilk pilləyə yenidən sahib olmaq şansını əldən verib və 36 xalla üçüncü pillədə qərarlaşıb. Qalib gələn “Atalanta” 34 xalla dördüncü pilləyə sahib olub.