Premyer Liqa: “Qəbələ” “Zirə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Turun sonuncu qarşılaşmasında “Qəbələ” səfərdə 1:2 hesabı ilə “Zirə”ni məğlub edib.

Qonaqların Urfan Abbasov (32-ci dəq.) və Rövlan Muradovun (40-cı dəq.) vurduğu qollara ev sahibləri yalnız Davit Volkovun (45+4-cü dəq.) topu ilə cavab verə biliblər. 

Bu nəticədən sonra “Qəbələ” 25 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib.

0.35259294509888