Azərbaycanda oynayan əcnəbi futbolçunun sümüyü qırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviç əməliyyat olunacaq.

Xeber-ps.com xəbər verir ki, müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb.

Nemanya gələn həftə Serbiyada əməliyyat olunacaq. Həkimlərin fikrincə Ancelkoviç 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlaya bilər.

0.31182599067688