Şahmat tacı uğrunda mübarizə: Karlsen yenə qalib gəldi

Rusiyalı qrossmeyster Yan Nepomnyaşi və norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda mübarizənin doqquzuncu partiyası ikincinin qələbəsilə nəticələnib.

Hazırda ümumi hesab 6:3 norveçlinin xeyrinədir.

Qeyd edək ki, şahmatçılar arasında ilk beş və yeddinci partiyalarda heç-heçə qeydə alınıb. Altıncı, səkkizinci və doqquzuncu partiyalarda isə Karlsen üstün olub.

Növbəti partiya dekabrın 10-da baş tutacaq. Rusiyalı qara fiqurlarla oynayacaq.

Mənbə: TASS

0.75884485244751