ÇL-də son tur: PSJ-dən darmadağın, “Leypziq” Avroliqada – VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veirlib.

Oyun günündə meydana ilk olaraq A qrupunun iştirakçıları çıxıb.

PSJ “Brügge”ni, “Leypziq” isə “Mançester Siti”ni qəbul edib.

ÇL-in bu qrupunda artıq hər şey öncədən bəlli olduğundan qarşılaşmalar yalnız statistik əhəmiyyət daşıyıb. Belə ki, sonuncu görüş ərəfəsində aktivində 12 xal olan “şəhərlilər”in qrup liderliyi, 8 xallı PSJ-nin isə ikinciliyi artıq təmin olunub. 4 xallı “Leypziq” və “Brügge” bu gün meydana Avropa Liqası vəsiqəsi üçün xal qazanmaq ümidi ilə çıxıb.

Paris komandası 4:1 hesablı darmadağınla belçikalıların ümidlərinin üzərindən xətt çəksə də, almanlar “şəhərlilər”i 2:1 yenərək avrokubklardakı mübarizəni davam etdirmək hüququ qazanıb.

UEFA Çempionlar Liqası

VI TUR

A qrupu

PSJ - “Brügge” 4:1

“Leypziq” - “Mançester Siti” 2:1

 

0.37928199768066