Bakının mərkəzində gənci bıçaqladılar

Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xaqani bağı (Molokan) ərazisində baş verib.

2002-ci il təvəllüdlü Cavadov Ülvi Cavid oğlu park ərazisində dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

0.35929298400879