Yakub Jezniçak: “Mahir Emreli spirtli içki qalmaqalından çox təsirlənib”

“Mənə elə gəlir ki, Emreli bu mövsüm “Legiya”nın göstərdiyi oyunun qurbanıdır”.

Xeber-ps.com xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak Polşa mətbuatına açıqlamasında deyib.

O, sabiq komanda yoldaşı Mahir Emrelinin “Legiya”da düşdüyü duruma münasibət bildirərkən deyib.

“Legiya”nın sabiq müdafiəçisi azərbaycanlı hücumçunun bir müddət əvvəl Polşa mətbuatında yayılan spirtli içki qalmaqalından (onun barda matçdan əvvəl spirtli içki içməyə getdiyi yazılmışdı – red.) təsirləndiyini söyləyib:

“Onunla bu barədə danışmışdım. Həmin hadisədən çox təsirlənmişdi. Xəbəri eşidən kimi əmin oldum ki, Mahir həmin kollektivdə olmayıb. Azərbaycanda mədəniyyətin necə olduğunu bilirəm. Futbolçular tez-tez əyləncə məkanlarına gedir. Amma bu o demək deyil ki, onlar orada içki içirlər”.

Hazırda Potsk “Visla”sının formasını geyinən 35 yaşlı oyunçu vaxtilə özünün də “Legiya”da bənzər olaylar yaşadığını vurğulayıb:

“O vaxtlar bu məsələləri çox qabartmırdılar, çünki nəticələr yaxşı idi. Oxşar təcrübələrim olub. Bu üzdən də Emreliyə məsləhət verməyə, onu ruhlandırmağa çalışıram ki, tənqidlər oyununa təsir etməsin. Ən çətin anlarda belə, performansımı təhlil edirdim. Əksər matçları yaxşı keçirirdim. Amma qol buraxmağımızla nəticələnən bir səhv etmişdim. Bu vəziyyət hücumçunun qol vura bilməməsi ilə bənzərdir. Dərhal qiymətləndirmə kəskin sərtləşir. Qəhrəman günahkardan santimetr uzaqdadır”.

Qeyd edək ki, Mahir Emrelinin komandası dünən UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Moskva “Spartak”ına 0:1 uduzaraq, qrupda 6 xalla sonuncu olub. Mahir bu görüşdə 82 dəqiqə meydanda olsa da, qol vura bilməyib.

0.33334898948669