“Çelsi”, “Bavariya”, “Arsenal” qalib gəldi, Türkiyədə lider uduzdu - VİDEO

Avropanın klub çempionatlarında növbəti turun mərkəz oyunları keçirilib.

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları baş tutub.

Lider “Mançester Siti” doğma meydanda “Vulverhempton”u qəbul edib. Qarşılaşma “şəhərlilər”in minimal hesablı qələbəsiylə başa çatıb.

“Mançester Siti” – “Vulverhempton” 1:0

Qol: Rahim Sterlinq, 66 (pen)

“Çelsi” dogma meydanda “Lids”i qəbul edib.

Oyun “Çelsi” klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Çelsi” – “Lids” - 3:2

Qollar: Rafinya, 28-pen (0:1), Mount, 42 (1:1), Jorjinyo, 58-pen (2:1), Qelhardt, 83 (2:2), Jorjinyo, 90+4 (3:2)

Premyer Liqanın digər qarşılaşmasında isə “Liverpul” “Aston Villa”nı minimal hesabla üstələyib.

“Liverpul” – “Aston Villa” - 1:0

Qol: Salah, 67-pen

“Arsenal”  isə 16-cı turda “Sauthempton” üzərində böyükhesablı qələbə qazanıb.

“Arsenal” – “Sauthempton” - 3:0

Qollar: Lyakazeyy, 21, Odeqar, 27, Qabriel, 62

Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilib. Münhen “Bavariya”sı öz meydanında “Maynts”ı qəbul edib.

Qarşılaşma Münhen təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

“Bavariya” – “Maynts” 2:1

Qollar: Kinqsli Koman, 53, Camal Musiala, 74 - Kərim Onisivo, 22

Futbol üzrə Türkiyə çempionatında isə “Trabzanspor” “Antalyaspor”un qonağı olub.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

“Antalyaspor” - “Trabzanspor” 2:1

Qollar: Fredi Ribeyro, 34, Dorukxan Tekgöz, 73, Andreas Kornelius, 24

0.39952707290649