“Mançester Yunayted” Ronaldunun yeganə qolu ilə qələbə qazandı

İngiltərə Premyer Liqasının 16-cı turunda “Mançester Yunayted” “Norviç”in qonağı olub.

“Karrov Road” stadionunda baş tutan qarşılaşma “Qırmızı şeytanlar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu, oyunun 75-ci dəqiqəsində “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu vurub.

Futbolçu 11 metrlik cərimə zərbəsindən fərqlənib.

0.3340060710907