Bakıda 35 yaşlı kişi ayağından bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Nəzərli Ruslan Adil oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.32598185539246