Bakı-Ələt yolunda ağır yol qəzası baş verib, yaralılar var

Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.

“Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var”, - Mərkəz rəsmisi qeyd edib.

0.33493590354919