Bakıda ofisdən külli miqdarda pul oğurlandı

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən kuryer şirkətlərindən birinin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

0.32322907447815