Masallıda yol qəzasında üç nəfər xəsarət alıb - FOTO

Masallıda üç nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndi ərazisində baş verib.

Lənkəran rayon sakini İlqar Bəşirovun idarə etdiyi “VAZ 2107” və Masallı rayonu, Mahmudavar kənd sakini İnqilab Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü İlqar Bəşirov, avtomobildə olan daha iki nəfər - Vüsal İsmayılov və Cəsarət Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların hər üçü travmatalogiya şöbəsinə yerləşdirilib.

Qəzaya “Mercedes”in sürücüsünün səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.29474806785583