Qazax-Bakı yolunda QƏZA: Sərnişinlər təxliyə edildi - FOTO

Qazax-Bakı yolunun Kürdəmir-Hacıqabul ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Xeber-ps.com-ın xəbərinə görə, “Mercedes-Benz” markalı minik avtomobili Ağdaşdan Bakıya sərnişin daşıyan “Mercedes-Benz Sprinter” markalı nəqliyyat vasitəsilə toqquşub.

Minik avtomobilinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda sərnişinlərin başqa maşınlarla təxliyəsi həyata keçirilir.

Səbuhi Musayev

0.36186718940735