Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.

Çörək daşıyan avtomobillə minik avtomobilinin toqquşması nəticəsində sürücülər - 1979-cu il təvəllüdlü M.Kərimov və 1987-ci il təvəllüdlü N.Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.29364204406738