Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, 42 yaşlı Mehman İkram oğlu Hüseynov mübahisə zəminində bıçaq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib. Bıçaqlayan şəxs isə 1985-ci il təvəllüdlü Zahir Həsənovdur.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.