Bakıda QƏZA: Motosiklet avtomobillə toqquşdu

Bakıda motosiklet avtomobillə toqquşub.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rzayev Zahir Cəfər oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan avtomobilə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ aşıq baldırın əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.36286497116089