Ayətullah Məkarim Şirazi Azərbaycan xalqını təbrik edib və ölkə rəhbərliyinə təşəkkürünü bildirib

 

İranlı müctəhid Ayətullah Nasir Məkarim Şirazi Bakıda “Fatimeyi Zəhra” məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib və məscidin açılışına görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

“Azad iran” “Telegram” kanalının xəbərinə görə, təbrik məktubunda deyilir:

“Allahın adı ilə

Salam

Yenicə məlumat aldıq ki, Allaha şükürlər olsun ki, Bakıda Həzrəti Fatimə Zəhra (s) məscidi yenidən açılıb və orada artıq camaat namazı qılınır.

Bu münasibətlə Azərbaycan şiələrini və xüsusən də o bölgənin din alimlərini təbrik edərək, məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Azərbaycanın hörmətli rəhbərliyinə təşəkkür etməyi lazım bilirik”.

 

 

0.32616519927979