Şahzadə Harri Böyük Britaniya hökumətini məhkəməyə verir

 

Şahzadə Harri polis mühafizəsinin ona qaytarılmasını tələb edərək Böyük Britaniya hökumətinə qarşı iddia qaldırmağa qərar verib.

Onun vəkilləri Daxili İşlər Nazirliyinə məktub göndərərək, Böyük Britaniya şahzadə üçün lazımi təhlükəsizlik tədbirləri görməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Harri təhlükəsizliyinə təhdid olduğunu deyərək vətəninə səfərə gəlməkdən imtina edib. Şahzadə bildirib ki, hazırda o, yerli özəl mühafizə firmasının xidmətlərindən istifadə etmək məcburiyyətindədir. Lakin onun əməkdaşları xaricdə lazımi yurisdiksiyaya və ya ailəsinin təhlükəsizliyini təmin etmək üçün zəruri olan Böyük Britaniya kəşfiyyatının məlumatlarına malik deyillər.

Qeyd edək ki, şahzadə Harri həyat yoldaşı Meqan Markl və uşaqları ilə birlikdə ABŞ-da yaşayır.

Mənbə: gazeta.ru