“Eqo abidəsi”ndən “Milan”da yubiley oyunu

İtaliya A seriyasının 22-ci turunda “Milan” evində “Spetsiya”ya məğlub olub.

“San-Siro” stadionunda baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün bu görüş sayca 150-ci olub. “Milan”ın heyətində 150 görüşdə futbolçu 92 qol vurub, 34 məhsuldar ötürmə edib. O, “Milan”ın heyətində 150, eyni şəhərin digər təmsilçisi “İnter”də isə 117 oyuna çıxıb.

Mənbə: Championat.com

0.37998485565186