İşğaldan azad edilmiş ərazilərə avtobus marşrutları: Daşıyıcı şirkətlər seçilib

“Azərbaycanın işğaldan azad edilən ərazilərində ötən il ərzində bir çox tədbirlər həyata keçirilib. Hətta ötən il yaradılan bir çox layihələr istifadəyə verilib”.

Xeber-ps.com-ın məlumatına əsasən, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, başlıca məqsəd vətəndaşların bu ərazilərə tam təhlükəsiz səfər etməsidir:

“Biz vətəndaşların ilk olaraq hansı ərazilərə getmək istədiklərini öyrəndik. Lakin ilk olaraq tələblərlə yanaşı infrastrukturun da bu işlərə imkan verməsi önəmlidir. Növbəti mərhələdə mövcud qanunvericiliklə nəzərdə tutulan qaydada addımlar atılıb. İlkin olaraq 4 sınaq yürüşü həyata keçirilib və müsabiqə elan edilərək müvafiq daşıyıcı şirkətlərin seçilməsinə baxılıb.

Bu ərazilər minalarla çirklənmiş olduğundan bu barədə müəyyən təlimatlar hazırlanıb. Ərazilərə daxil olan zaman, bu kimi təhlükəsizlik qaydalarının gözlənilməsi üçün bütün tədbirlər əvvəlcədən düşünülüb”, - deyə o əlavə edib.

Könül Cəfərli 

0.44991493225098