Nazir müavinindən azad edilmiş ərazilərə səfər edəcək vətəndaşlara ÇAĞIRIŞ

“İşğaldan azad edilmiş ərazilərə səfərlər qurumlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Vətəndaşlardan xahiş edirik ki, təlimatlara ciddi riayət etsinlər”.

Xeber-ps.com xəbər verir ki, bununla bağlı işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, bu layihəyə mərhələli, pilot layihə kimi baxılmalıdır:

“Proses start götürdükdən sonra hər hansı problem və ya yeni təkliflərlə bağlı həyata keçirilən tədbirlərə dəyişikliklər ola bilər. Yeni marşurut xəttləri ilə bağlı məsələlər gələcək zamanlarda müzakirə edilə bilər. Zəruri istiqamətlər nəzərdə tutulub”, - deyə o əlavə edib.

Könül Cəfərli