BMT QAK Azərbaycana təşəkkür edir

“Qaçqınlar və sığınacaq axtaranlarla bağlı mənzərə bir az qarışıqdır. 2019-2021-ci illərdə 1 155 qaçqın və sığınacaq axtarana sənədlərin əldə edilməsi, doğum və vətəndaşlıq aktlarının qeydiyyatı və s. məsələlərlə bağlı köməklik göstərilib”.

Xeber-ps.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

O bildirib ki, BMT QAK Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edir.

Könül Cəfərli

0.39355683326721