Azərbaycanın Qış Olimpiadasında bayraqdarı müəyyənləşdi

Azərbaycan millisinin Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı müəyyənləşib.

Xeber-ps.com xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.

O, bildirib ki, Çinin paytaxtı Pekində keçiriləcək yarışda Azərbaycan bayrağını Vladimir Litvintsev daşıyacaq.

MOK rəsmisinin sözlərinə görə, Azərbaycan yığması Çinə 10 nəfərdən artıq nümayəndə heyəti ilə yollanacaq.

Qeyd edək ki, millimiz fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.

0.39285111427307