Bakıda Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb

Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Hacıyev qeyd edib ki, o, ilkin izahatında əməlini etiraf edib.

Müvafiq araşdırmalar davam etdirilir.

0.29573488235474