Xaçmazda anasını qətlə yetirən şəxs tutulub - YENİLƏNİB + FOTO

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilir ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilmiş və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmışdır.

Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənmişdir.

Yanvarın 29-da Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

00:11

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürən oğulu tutub.

“Report”un şimal bürosunun yerli sakinlərdən əldə etdiyi məlumatına görə, anasını balta ilə qətlə yetirdikdən sonra hadisə yerini tərk edərək gizlənən Ramiz Sultanov günün ikinci yarsında Xaçmaz şəhəri ərazisində tutulub.

Belə ki, Ramiz Sultanov Xaçmaz ərazisində xidmət aparan YPX-nin inispektoru, polis serjantı Fəqan Babayev tərəfindən kafelərin birində tutularaq Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilib.

Xatırladaq ki, hadisə yanvarın 13-də baş verib. Rayonun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri görülüb.

Qeyd edək ki, R.Sultanov ruhi xəstədir.

0.29091095924377