Goranboy sakininə Gəncədə balta ilə xəsarət yetirilib – FOTO

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində baş verib.

1971-ci il təvəllüdlü T.Bədəlov baş nahiyəsinin çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

T.Bədəlovun sözlərinə ona iki qardaş tərəfindən balta ilə xəsarət yetirilib. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

0.39654803276062