Bakıda ərini öldürməkdə ittiham olunan qadının FOTOSU - YENİLƏNİB

Bu gün Suraxanı rayonu, Hövsan qəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadə yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb.

Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, Gülnar Vəlizadə həyat yoldaşı Elşən Hadızadə ilə birlikdə Suraxanı rayonu, Hövsan qəbəsində bir otaqlı evdə yaşayıblar. İki azyaşlı övladları var. Cütlük tələbə yoldaşı olublar və öz istəkləri ilə ailə həyatı qurublar.

21:00

Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq Suraxanı Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

20:06

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Suraxanı Rayon Prokurorluğunun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

19:54

Bakıda arvadın ərini bıçaqlaması hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Qadın həyat yoldaşını bıçaqlayıb. Kişi təcili yardımla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.36409282684326