Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın BRİFİNQİ - CANLI YAYIM

Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən həmsədri isə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyartodur.

İclasdan sonra Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın brifinqi keçirilir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 33 % azalaraq 2,558 milyon ABŞ dolları təşkil edib. Bunun 16 min dolları Azərbaycanın Macarıstana ixracının, 2,572 milyon dolları isə Azərbaycanın Macarıstandan idxalının dəyəridir.

Foto: Firudin Səlimov

0.34952998161316