Yaroslav Soltis: “Manat sabit qalacaq, çünki Azərbaycanın özündə də bu gün sabitlikdir”

Üzən məzənnə - bazar məzənnəsidir, dünyanın əksər ölkələrində belədir. Dollar, yuan və digər valyutalar üzür. Kursun sabit saxlanılması nadir haldır. Ancaq hər ölkənin öz siyasəti var, yəqin sizin mütəxəssisləriniz belə qərara gəliblər ki, bu cür düzgündür. Mən düşünürəm ki, bu gün Azərbaycanın özündə sabitlik olduğu üçün manat da sabit olacaq.

Bu sözləri Xeber-ps.com-a açıqlamasında Ukrayna Milli Bankı İdarə Heyəti sədrinin keçmiş müavini, tanınmış ukraynalı maliyyə və bank eksperti Yaroslav Soltis deyib.

“Ukraynada isə vəziyyət fərqlidir. Rusiyanın bizə böyük təsiri var. Sərhədlərin ətrafında böyük Rusiya qoşunları qruplaşması var. Bu, təkcə bizim qrivnaya deyil, həm də Rusiya rubluna mənfi təsir edir. Bu həm də qonşular üçün yaxşı deyil. Münaqişə baş verərsə, gürcü larisinə, Azərbaycan manatına və digər valyutalara təzyiqlər olacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, əgər müharibə gedirsə, ticarət dayanır, demək ki, xarici valyuta daxilolmaları qalmır:

“Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunur, alqı-satqısını dayandırır. Ancaq bununla belə bir çox ölkələr onunla ticarət aparır, o, məsələn, həm Gürcüstanın, həm də Azərbaycanın mühüm iqtisadi tərəfdaşıdır. Gürcüstanda gəlirlərin həcmi azalır, bu o deməkdir ki, Tbilisi Azərbaycandan nə isə almağı dayandırır və s. Amma insanlara maaş verməlidir, ona görə də mətbəə işə salınır, təminatsız pul ortaya çıxır. Nəticədə milli valyutanın ucuzlaşması ola bilər. Odur ki, Rusiya ilə Ukrayna arasında müharibə hamı üçün pisdir”.

0.35902500152588