Goranboyda bacı və qardaş bıçaqlanaraq öldürülüb - YENİLƏNİB

Goranboy rayonunda iki nəfər qətlə yetirilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin "isti izlər"lə açılması təmin olunub. Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

19:04

Goranboyda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, hadisə torpaq mübahisəsi ilə bağlı baş verib. Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğlu bıçaqlanaraq öldürülüb. 

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

O, polis tərəfindən saxlanıb.

0.33112502098083